Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi ilə bağlı açıqlama yayıb. İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, loqotip Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsabiqə nəticəsində ərsəyə gəlib və ilkin olaraq tədbirlərdə istifadə oluna bilər: “Eyni zamanda bildiririk ki, hazırda loqotip üzərində iş davam etdirilir, bütün variantlar müvafiq qaydada təsdiqə veriləcək”.
   Qeyd edək ki, loqotip ölkə Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi” haqqında sərəncamlarına əsasən hazırlanır.