Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali məktəbin teatr rejissoru ixtisası üzrə təhsil alan magistrantı Younes Valipourun “Şüuraltı kölgələr” psixoloji tamaşası nümayiş olunub.
Açıq havada təqdim olunan tamaşada universitetin dörd tələbəsi iştirak edib. Tamaşa aprelin 25-dən mayın 1-dək Təbrizdə keçiriləcək V Beynəlxalq küçə teatrı festivalı üçün hazırlanıb.
Müəllif və rejissor Younes Valipour tamaşanı belə xarakterizə edir: “İnsanlar eyni doğulur, lakin sonradan mühit onları dəyişir. Həyatda insanın etdikləri bir bumeranqa bənzəyir. Bumeranqı sərrast atsan, sərrast da tuta biləcəksən. İnsan da nə edirsə, qarşısına çıxacaq. Bu tamaşada insanlar iş axtarır, müharibə istəmir, lakin mühit onlara elə təsir edir ki, onlarda artıq dəyişmə baş verir”.