Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhər Bülbül adına Uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüşüb.
İdarə rəisi çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ulu öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar tədbirlərdən söz açıb, idarənin təşəbbüsü ilə yaradılmış Xalq çalğı alətləri orkestri və Xor kollektivinin konserti, habelə “Buta” qızlar ansamblının təqdimatı ilə bağlı hazırlıq işlərindən danışıb, müvafiq tapşırıqlar verib. Sumqayıtın mədəniyyət müəssisələrini əhatə edən problemlər haqqında da danışan idarə rəisi həmçinin, şəhərin turizm potensialı, turizm-ekskursiya işinin inkişafı ilə bağlı təkliflərini bildirib, yay turizm mövsümü ilə əlaqədar şəhərdaxili turların təşkilinin vacibliyini vurğulayıb.
Ə.Bakıxanov adına Uşaq incəsənət məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov, N.Nərimanov adına Mədəniyyət mərkəzinin direktoru Samir Şəfiyev və digərləri çıxış ediblər, fikir və təklifləri dinlənilib.