Aprelin 13-dən 22-dək Vyanada “LET`S CEE” beynəlxalq film festivalı keçirilir. Festivalda azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi də nümayiş olunub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” şirkətinin birgə istehsalı olan ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
   Mərkəzi və Şərqi Avropa ölkələri, Türkiyə və Qafqaz regionunun kino sənayesi nümunələrinin təqdim edildiyi “LET`S CEE” beynəlxalq film festivalı 2013-cü ildə təsis olunub.
   “Nar bağı” bədii filmi daha bir kinoforuma - mayın 17-dən 31-dək İspaniyanın paytaxtı Madriddə keçiriləcək 17-ci “Imagineindia” beynəlxalq film festivalının müsabiqə mərhələsinə dəvət alıb.