Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət fotosərgi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) nümayiş olunur.
   Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan sərgidə Cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları yer alıb. Tələbələrin böyük marağına səbəb olan eksponatlar UNEC-in bütün tədris binalarında, Zaqatala filialında və Maliyyə-İqtisad Kollecində də sərgilənəcək.