Azərbaycan və Türkiyədə folklor ənənələri ilə bağlı birgə layihələr nəzərdə tutulur
   
   Türkiyədə fəaliyyət göstərən Strateji Düşüncə İnstitutu ilə Azərbaycan Aşıqlar Birliyi arasında memorandum imzalanıb. İnstitutun rəhbəri Məhəmməd Savaş Kafkasyalı və Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının imzaladığı sənəddə iki qardaş ölkədə folklor ənənələrinin və aşıq sənətinin yaşadılması istiqamətində birgə layihələrin reallaşdırılması nəzərdə tutulub.
   Məhəmməd Savaş Kafkasyalı Azərbaycan Aşıqlar Birliyinin fəaliyyəti ilə yaxından tanış olub.
   Aşıqlar Birliyindən bildirilib ki, görüşdə yaxın gələcəkdə Azərbaycanda və Türkiyədə birgə tədbirlərin keçirilməsi qərara alınıb.
   Sonda professor M.Qasımlı türkiyəli qonağa yeni çapdan çıxmış üçcildlik “Azərbaycan aşıq ədəbiyyatı” antologiyasını hədiyyə edib.