Avqustun 20-dən 28-dək Qırğızıstanın “İctimai Teleradioyayım Korporasiyası” televiziya kanalında xalqımızın tarixinin, adət-ənənələrinin yaxından öyrənilməsi və ölkələrimiz arasındakı mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan filmləri ongünlüyü keçirilib.
Azərbaycanın Qırğızıstandakı səfirliyindən bildiriblər ki, tamaşaçılara milli kinomuzun incilərindən sayılan “Babək”, “Dədə Qorqud”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Bəxtiyar” və “Nəsimi” bədii filmləri təqdim olunub.
Avqustun 24-də Azərbaycanın və SSRİ-nin Xalq artisti, dünya şöhrətli bəstəkar, müğənni Müslüm Maqomayevin 70 illik yubileyi ilə bağlı onun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib, böyük sənətkarın mahnıları səsləndirilib.