Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb. Görüşdə teatrın baş rejissoru Bəhram Osmanov da iştirak edib. 
   Görüş zamanı iki teatr arasında davam edən yaradıcılıq münasibətləri, Azərbaycan-Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu mövzusunda fikir mübadiləsi aparılıb. Gələcəkdə yeni layihələrin reallaşması ilə bağlı məsələlər müzakirə edilib. Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ikitərəfli qastrol səfərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılanmasının təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
   Rusiya və Azərbaycan teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin bundan sonra da davam edəcəyi vurğulanıb.