Ölkəmizdə ilk inklüziv teatr olan “ƏSA” teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-da Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və incəsənət” mövzusunda təşkil olunacaq beynəlxalq layihəyə qatılacaq. O, Vaşinqtonda və digər şəhərlərdə Amerikadan və dünyanın müxtəlif ölkələrindən layihəyə qatılan mütəxəssislərlə öz təcrübələrini bölüşəcək. Həmçinin, layihə çərçivəsində “ƏSA” teatrının fəaliyyəti, teatra olan ictimai marağı əks etdirən təqdimat olacaq.
Açıq Dünya Proqramı ABŞ-da 1999-cu ildən təşkil olunan beynəlxalq layihədir. Azərbaycanı bu il layihədə “ƏSA” teatrı ilə yanaşı, sosial sferada fəaliyyət göstərən daha 4 nəfər təmsil edəcək.