Salyan Dövlət Kukla Teatrının kollektivi 15 ildən sonra yenidən “Göyçək Fatma” tamaşasını balaca tamaşaçılara təqdim edib. Tamaşanın quruluşçu rejissoru Rafiq Mirzə, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatı Təzahür Mehdiyevindir. Göyçək Fatma rolunu aktrisa Mirxədicə Mirzəyeva canlandırıb. Mədinə Ramazanova, Nahid Rüstəmbəyli, Qalib Məlikov və Əziz İmanovun ifalarında nağıl personajlarının təqdimatı balacalar tərəfindən böyük maraqla izlənilib. Tamaşada istifadə olunmuş milli geyim, musiqi və rəqslər də səhnə əsərini baxımlı edib.
Teatrın direktoru Yavər Cəbrayılov bildirib ki, kollektiv “Göyçək Fatma”nı qonşu Neftçala rayonunda da balaca tamaşaçılara göstərəcək.