Almaniyanın paytaxtı Berlində dünyanın 100-dək ölkəsindən vikimedia təşkilatları nümayəndələrinin iştirakı ilə “Vikimedia konfransı” keçirilib. Konfrans Vikimedia Fondu, “Vikipediya”, “Vikikitab”, “Vikilüğət”, “Vikimənbə” və digər vikilayihələri idarə edən qurumlar tərəfindən təşkil olunub.
   Tədbirdə Azərbaycan vikimediaçılarını “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyev və təşkilatın fəal üzvü Tərxan Paşazadə təmsil ediblər.
   Konfransda vikimedia təşkilatlarının rastlaşdıqları problemlər, gördükləri işlər və Vikimedia Fondunun 2030-cu ilə yönəlmiş hədəfləri əsas müzakirə mövzusu olub, həmçinin fəal təşkilatlar öz təcrübələrini bölüşüblər.