Aprelin 25-də Estoniya Mədəniyyət Nazirliyində Milli müxtəliflik günü çərçivəsində Azərbaycan günü keçirilib.
Tədbiri Estoniya Mədəniyyət Nazirliyinin məsul işçisi Anne Li Reymaa açaraq Estoniya-Azərbaycan icmasının fəaliyyətindən danışıb.
Türkiyədən gəlmiş qonaq, dini işlər üzrə Avrasiya təmsilçisi Ömər Faruk Azərbaycanı ikinci vətəni adlandıraraq, tədbirdə iştirakından məmnun olduğunu söyləyib. Estoniya-Azərbaycan icmasının rəhbəri Niyazi Hacıyev tədbirə qatılanlara təşəkkürünü bildirib.
“Orhan” Azərbaycan “Bazar günü məktəbi”nin rəhbəri Sənəm Əliyeva ölkəmiz haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Şərq və Qərb mədəniyyətinin qovuşuğunda yerləşən tolerant ölkədir.
Sonda məktəbin şagirdlərinin ifasında milli musiqi və rəqslərimiz nümayiş olunub. Tədbir iştirakçılarına milli mətbəx təamlarımız təqdim olunub.