Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mir Cəlal Paşayevin 110 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib.
MKS-nin direktoru S.Feyzullayev çıxış edərək yazıçı, ədəbiyyatşünas, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən bəhs edib.
Kitabxananın əməkdaşları Könül Musayeva, Müşərrəf Alıyeva, Xuraman Səmədova Mir Cəlalın elmi və ədəbi yaradıcılığı barədə danışıblar. Ədibin "Bir gəncin manifesti" romanından ətraflı söz açılıb, “Dirilən adam” romanı haqqında tədbir iştirakçılarına məlumat verilib.
Sonda “M.Cəlal -110” adlı sərgiyə baxış keçirilib.