Füzuli Dövlət Dram Teatrı Dövlət Sərhəd Xidmətinin N saylı sərhəd dəstəsində keçirilən "açıq qapı" günü tədbirində iştirak edib. Teatrın repertuarında olan tamaşalardan parçalar, əsgər həyatına həsr olunmuş şeirlər, aktyor və aktrisaların ifasında mahnılar əsgərlərdə və onlarla görüşə gələn ailə üzvlərində, qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.
Sonda teatr hərbi hissələrdə mütəmadi çıxışlarına görə fəxri fərmanla təltif olunub.