Prezident İlham Əliyev aprelin 27-də Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Komissiyanın sədri Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovdur. Komissiyanın tərkibi müvafiq nazirlik və digər dövlət qurumlarının, Azərbaycan Milli Elmlər Akademiyasının, yaradıcılıq birliklərinin rəhbər şəxsləri, ali təhsil ocaqlarının rektorları, tanınmış ədəbiyyat, incəsənət xadimlərindən ibarətdir. Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Mükafatları Komissiyasının üzvüdür.