Pekin Elm və Texnologiya Universitetində keçirilən tələbələrin beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.
Pekində təhsil alan azərbaycanlı tələbələr ölkəmizə aid stenddə Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, memarlıq abidələrinə, xalçaçılıq sənətinə dair nəşrlər, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, milli suvenirlər və geyimlər nümayiş etdiriblər.
Festivalın gedişində milli mətbəximizin təamlarından dolma, plov, paxlava, digər şirniyyatlar təqdim olunub. Azərbaycan yeməklərinə xüsusi maraq göstərən yerli sakinlər onun hazırlanma qaydası ilə maraqlanıblar.