Xəbər verdiyimiz kimi, aprelin 24-dən 30-dək Türkiyənin Mersin şəhərində IV Türk Dünyası Teatr Günləri keçirilib.
Mersin Bələdiyyəsinin təşkil etdiyi festivalda ölkəmizi Sumqayıt Dövlət Dram Teatrı təmsil edib. Kollektiv türk dramaturqu Turqut Özakmanın “Ocaq” pyesinin tamaşası ilə sənət bayramına qatılıb.
Teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada rolları əməkdar artistlər Fəranə Musayeva, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Xatirə Süleymanova, İlahə Səfərova və Şəmistan Süleymanlı canlandırıblar.