Hindistanda VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı diplomla təltif edilib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, festivalda T.Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi psixoloji dramda Əməkdar artist Kəmalə Hüseynova çıxış edir.
Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Festival təşkilatçıları aktrisanın yüksək oyun məharətini qeyd edərək tamaşa ilə bağlı yüksək fikirlər səsləndiriblər. Maraqlı səhnə əsərinə görə tamaşanın yaradıcı heyəti festivalın xüsusi diplomu ilə təltif edilib.