Quba rayon Bəşir Səfəroğlu adına rayon Mədəniyyət mərkəzində Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan “Kitabsevər uşaqlar” layihəsinin qalibləri təltif edilib.
Tələt Mikayılov adına şəhər 5 saylı orta məktəbin VII sinif şagirdi Afət Rəhimova və Azad Məmmədov adına şəhər 2 saylı Təbiət fənləri təmayüllü məktəb-liseyin VI sinif şagirdi Zəhra Səmədova “Kitabsevər uşaqlar” layihəsində II yer tutduqlarına görə UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin diplomları ilə mükafatlandırılıb. MKS-nin direktoru Saməddin Nəsirov qalibləri təbrik edərək layihənin əhəmiyyətini vurğulayıb.
UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin üzvü Arifə Rzayeva “Kitabsevər uşaqlar” layihəsinin təbliği istiqamətində facebook.com və youtube.com internet səhifələrində paylaşılan müxtəlif mövzulara dair videoları izləmə qaydalarından bəhs edib və uşaqları bu kanalın fəal abunəçisi olmağa çağırıb.