Aprelin 28-də Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "Bakı K-pop 2018” festivalı keçirilib.
Festivalda yalnız koreyalı k-pop ifaçıları deyil, həmçinin azərbaycanlı müğənnilərin ifaları dinlənilib, Koreyaya aid rəsm əsərləri nümayiş etdirilib.
Koreya Respublikasının səfiri Kim Çanq Gyu tədbir çərçivəsində BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında mədəni münasibətlərin daha da inkişaf etdirilməsindən bəhs edilib.