Astara şəhərindəki Heydər Əliyev Mərkəzində 5 may - Xalçaçı gününə həsr olunmuş sərgi açılıb. Sərgidə Bilik Fondu Astara Bilik evinin “Toxuculuq” dərnəyinin və rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşlarının əl işləri - xalça və xalça məmulatları nümayiş olunur. Layihənin məqsədi xalçaçılıq sənətini yaşatmaq, toxuculuğun bu əsrarəngiz sahəsində çalışan fərdi xalçaçılara dəstək olmaqdır.