Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar planlaşdırılmış tədbirlər çərçivəsində Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov mayın 3-də Zaqreb şəhərindəki Avropa Evində çıxış edib. Səfir Xalq Cümhuriyyətinin tarixi, əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini deyən diplomat ölkəmizin qürurlu tarixinə həsr olunan bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
“Ekspo 2025” Dünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edən F.Qurbanov iştirakçıları paytaxtımızın namizədliyini dəstəkləməyə çağırıb.
Tədbir iştirakçılarına “İrs” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş xüsusi buraxılışı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitabçalar paylanılıb.