İsraildən olan tanınmış şair Pyotr Davıdov mayın 2-də Azərbaycan Mətbuat Şurasında olub. Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Görüşdə iki ölkənin mediası arasında oxşar və fərqli cəhətlərə toxunulub, İsrailin bu sahədə qabaqcıl təcrübəsi qeyd edilib.
Qeyd edək ki, P.Davıdov Bakıda anadan olub. Neft Akademiyasında təhsil alıb, Azərbaycanda yaşadığı dövrdə AzərTAC agentliyində çalışıb. Qonaq informasiya agentliyində çalışdığı illərlə bağlı xatirələrini bölüşüb.
Ə.Amaşov P.Davıdovu Mətbuat Şurasının fəxri diplomu ilə təltif edib.
Qeyd edək ki, P.Davıdovun şeirlər kitabı müxtəlif dillərə tərcümə edilib. Bakıda olduğu müddətdə onun tələbələrlə, şair və yazıçılarla, media təmsilçiləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.