Bərdədəki 1 nömrəli Uşaq incəsənət məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə incəsənət və musiqi məktəblərinin şagirdləri arasında vətənpərvərlik mahnıları müsabiqəsi keçirilib. Rayon Gənclər və İdman İdarəsinin və Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 4 şəhər, 3 kənd incəsənət və musiqi məktəbinin şagirdləri iştirak edib.
Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Validə Nabatova tədbiri açaraq bildirib ki, Heydər Əliyev mədəniyyət və incəsənətimizin hamisi, milli musiqinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi olub, bu sahənin inkişafına daim böyük diqqət yetirib.
Çıxışlardan sonra müsabiqənin 5 nəfərdən ibarət münsiflər heyəti formalaşdırılıb.
İfalar dinlənildikdən sonra münsiflər heyətinin qərarına əsasən, fərqlənənlər diplomlarla təltif edilib.