Xalq şairi Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 80 illik yubileyi qeyd edilib.
Tədbirdə muzeyin direktoru Solmaz Həsənova, rayonun ziyalıları Adil Məmmədov, Aqil Kəngərli, Əkbər Əliyev çıxış edərək yazıçının ədəbi fəaliyyəti barədə danışıblar. Bildirilib ki, Anarın yaradıcılığının əhatə dairəsi və onun əsərlərinin yayılma coğrafiyası çox genişdir.
Yubiley mərasimində Anarın ssenarisi əsasında çəkilən “Gün keçdi”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi” filmlərindən fraqmentlər göstərilib. Göyçay şəhər Uşaq musiqi məktəbinin kollektivi Rəsul Rza və Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. Məktəblilər Rəsul Rzanın “Çinar”, “Torpaq”, Anarın “Əsrimin əsiri” şeirlərini söyləyiblər.