AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Qobustan rayonundakı naməlum türk əsgərinin məzarı ətrafında şam ağacları əkiblər. Həmçinin “Açıq kitabxana” layihəsi çərçivəsində Şamaxının məktəb kitabxanalarına Azərbaycan, dünya klassik və müasir ədəbiyyat nümunələri hədiyyə edilib.
MEK-dən bildiriblər ki, Acıdərə ərazisindəki Türk şəhidliyində keçirilən aksiyada kitabxananın əməkdaşları tərəfindən yüz ağac əkilib.
Səfər çərçivəsində iştirakçılar Şamaxının Əngəxaran kənd orta məktəbində də olublar. Şamaxı şəhər 10 nömrəli orta məktəbin, o cümlədən Əngəxaran, Məlhəm, Çuxuryurd kənd orta məktəblərinin kitabxanalarına kitablar hədiyyə edilib.