Prezident İlham Əliyev mayın 4-də Azərbaycan xalçaçılarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup xalça ustası “Tərəqqi” medalı ilə təltif edilib.