Mayın 8-də Azərbaycan Milli Kitabxanasında Qarabağın dilbər guşələrindən biri olan Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının 26-cı ildönümü ilə əlaqədar “Qarabağın tacı Şuşa” adlı sərgi açılıb.
   Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə Şuşa şəhərinin tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında kitab və dövri mətbuat materialları nümayiş olunur.