“Qızıl şir” koreyalı rejissorun filminə qismət oldu
Dünyanın ən nüfuzlu kino müsabiqələrindən olan 69-cu Venesiya film festivalı başa çatdı. Ənənəvi olaraq İtaliyanın Lido adasında avqustun 29-da start götürən kino bayramı sentyabrın 8-də qalib adların açıqlanması ilə yekunlaşdı.
Hollivud rejissoru ssenarist və prodüser Maykl Mannın rəhbərlik etdiyi münsiflər heyəti əsas mükafat uğrunda mübarizə aparan 17 filmi qiymətləndirdi.
“Qızıl şir” uğrunda yarışan ekran əsərləri arasında amerikalı rejissorlar Terrens Malikin “Heyranlığa doğru”, Brayn de Palmanın “Ehtiras”, Cənubi Koreyadan Kim ki Dukun “Pyeta”, israilli rejissorlar İqal Burştin və Rama Burştinin “Boşluğu doldurmaq” və digər filmlər geniş müzakirələrə səbəb oldu.
Əsas müsabiqə ilə yanaşı, “Üfüqlər” və “Xüsusi filmlər” proqramında da müxtəlif ölkələrdən maraqlı kinolentlər nümayiş edildi.
Festivalın baş mükafatını koreyalı rejissor Kim Ki Dukun “Pyeta” filmi qazandı. Məşhur heykəltəraş Mikelancelonun Vatikanda saxlanılan heykəlinin adını daşıyan film həyatın kəşməkəşli yollarında amansızlaşan Kan Do haqqındadır.
“Gümüş şir” mükafatına Pol Tomas Andersonun “Ustad” filmi layiq görüldü. Film II Dünya müharibəsi illərində Yaponiyada xidmət etmiş dənizçinin sonrakı həyatından bəhs edir. Savaşdan illər keçsə də o, sakit həyata alışa bilmir.
“Ən yaxşı kişi rolu”na görə mükafata da “Ustad”da çəkilmiş Xoakin Feniks və Filip Seymur Xofman layiq görüldülər. “Ən yaxşı aktrisa” nominasiyasının qalibi isə Hadas Xaron (“Boşluğu doldurmaq”) oldu. Münsiflər heyətinin xüsusi mükafatını Ulrix Zaydlın “Cənnət: İnam” (Avstriya) filmi aldı.
Türkiyəli rejissor Ali Aydının “Kif” filmi də festivaldan əliboş qayıtmadı. Ekran əsəri Luici di Laurentis adına “Ən yaxşı debüt” mükafatını qazandı. Film 18 il öncə itmiş oğlunu hələ də axtaran dəmiryolu gözətçisindən bəhs edir.
Hazırladı: Reyhan