Sentyabrın 19-dan 26-dək “Nizami” Kino Mərkəzində rejissor İlqar Nəcəfin “Buta” bədii filmi nümayiş olunacaq. 2010-cu ildə “Azərbaycanfilm” və “Butafilm” tərəfindən istehsal olunan ekran əsəri indiyədək bir sıra festival və müsabiqələrdə ölkəmizi uğurla təmsil edib, o cümlədən Asiya-Sakit Okean Kino Akademiyası tərəfindən 2011-ci il üzrə “Asia Pasific Screen Awards” mükafatına (“Ən yaxşı uşaq filmi” nominasiyası) layiq görülüb.
   Filmin ssenari müəllifləri İlqar Nəcəf və Ramiz Fətəliyev, operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyevdir. Rollarda Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyev və başqaları çəkilib.