5 may - Xalçaçılar günü münasibətilə “Nur Art House” və “Azərbaycan xalçaçıları” İctimai Birliyi “Mədinə” uşaq qalereyası ilə birlikdə “Əlvan ipdən gör nələr toxuyurlar nənələr” adlı interaktiv tədbir keçirib. Uşaqlar valideynləri ilə birlikdə “Nur Art House”da “uçan xalça” ilə nağıllar aləminə səyahət edib, xalçanın hazırlanma texnologiyası ilə canlı tanış olublar.
“Azərbaycan xalçaçıları” İctimai Birliyinin katibi Gülşən Hüseynova xalçalarımızın Azərbaycan mədəniyyətində və xalqımızın həyatında rolundan bəhs edib.
Xalçaçı-rəssam Eldar Hacıyev uşaqlara Azərbaycan xalçasının yaranma tarixi, xalçalarımızda miniatür sənətinin özəllikləri haqqında ətraflı məlumat verməklə yanaşı, özünün sənətə gəlişindən də söz açıb.
“Mədinə” qalereyasının direktoru Toğrul Abdullayev İçərişəhərdə yeni fəaliyyətə başlayan sənət məkanının missiyası haqqında qonaqlara bilgi verib.
Sonda uşaqlar “Nur Art House” qalereyasının ekspozisiyası ilə tanış olubar.
S.Qaliboğlu