Milli Kulinariya Mərkəzinin aşpazları Türkiyədə Beynəlxalq kulinariya çempionatında uğurla iştirak edərək 6 qızıl və bir 1 gümüş medal qazanıblar.
Bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov keçirdiyi mətbuat konfransında məlumat verib.
Diqqətə çatdırılıb ki, Afyon və İzmir şəhərlərində təşkil edilən müsabiqədə ölkəmizi 5 nəfərdən ibarət komanda təmsil edib. Yarışa 44 ölkədən aşpazlar qatılıb.
Beynəlxalq münsiflər heyətinə rəhbərlik edən Tahir Əmiraslanov deyib ki, aşpazları Türkiyə, Almaniya, Belçika, İtaliya, Rumıniya, Yunanıstan və Braziliyadan olan peşəkarlar qiymətləndirib.
Bildirilib ki, təmsilçilərimizdən Araz Əhmədov, Sərxan Məmmədov və Azər Qədirov müxtəlif nominasiyalarda ən yüksək bal toplayaraq ilin aşpazı adına layiq görülüblər.
Kulinariya çempionatı çərçivəsində eyni zamanda müxtəlif qida və əl işlərindən ibarət sərgi də açılıb. AMKM-in rəhbəri İzmirdə kulinariya üzrə ustad dərsi də keçib, iştirakçılara Azərbaycan mətbəxi barədə geniş məlumat verib.