1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Bakıya daxil olaraq şəhəri erməni-daşnak və bolşevik qüvvələrindən azad ediblər. Bu tarixi hadisə Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlınskinin Nuru Paşa haqqında sənədli filmində əksini tapıb. İlkin olaraq “Xatirə” adlandırılan filmin premyerası gələn il baş tutacaq.
   
   Lalə Azəri