Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, quruma üzv dövlətlərin səfirlikləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və "Park Cinema"nın birgə təşkilatçılığı ilə oktyabrın 4-dən 10-dək Bakıda Avropa Film Festivalı keçiriləcək.
   Festivalın proqramına 14 dövlətdən (Avstriya, Belçika, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 15 filmin nümayişi daxildir. Festivalın fəxri qonaqları sırasında Litva kinorejissoru Algimantas Puipa, Polşa kino rejissoru Rafael Levandovski, alman kinorejissoru Eva Blondiau yer alacaq.