Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ənənəvi olaraq silsilə tədbirlərlə qeyd edilir. Bu münasibətlə mayın 10-da Qız qalasının qarşısında fləşmob keçirilib. “Səma” rəqs qrupunun ifasında Azərbaycan mədəniyyətinin zənginliyini ifadə edən milli rəqs nümunələri təqdim olunub.
   Ümummilli lider həmişə milli mədəniyyət abidələrinə, ö cümlədən də qədim tarixi özündə yaşadan İçərişəhərə xüsusi qayğı ilə yanaşırdı.