Mayın 10-da Milli Kitabxanada ulu öndər Heydər Əliyevin kitabxanaya hədiyyə etdiyi kitabların sərgisi və “Mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi” mövzusunda Bakı Dövlət Universitetinin tələbələri və gənc oxucularla diskussiya təşkil edilib. Gənclərin diqqətinə çatdırılıb ki, ulu öndərimiz 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək problemlərlə maraqlanıb və ciddi çətinlik dövrlərini yaşayan kitabxananın fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırıb. 
   Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da “Şərəfli ömrün kitabla bağlı anları” adı altında tədbir keçirilib. Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək Azərbaycan dövlətçiliyinin, müstəqil Azərbaycanın qorunmasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. 
   
   Lalə Azəri