Prezident yanında Bilik Fondu tərəfindən gənclərin Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiyası təşkil edilib.
   İkigünlük ekskursiyanın ilk günü Bilik Fondunda təcrübə keçən Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universiteti və Bakı Slavyan Universitetinin tələbələri, növbəti gün isə Fondun nəzdində fəaliyyət göstərən “Tariximizi öyrənək və öyrədək” Gənclər klubunun, “Gənc jurnalistlər” və “Diplomatlar” klublarının üzvləri muzeydə olublar.
   Gənclər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi əməliyyatlar haqqında məlumatları əks etdirən eksponatlar, nadir fotoşəkillər, sənədlər və arxiv materialları ilə tanış olublar.
   Tələbələrə muzeyin ekspozisiyası haqqında əhatəli məlumat verilib.