Ağcabədi rayon MKS-nin Hindarx qəsəbə kitabxanasında “Azərbaycan Xalq Cümhuriyyəti 100” başlığı altında tədbir keçirilib. Tədbirdə kitabxananın müdiri Vəsilə Məmmədova, Ağcabədi Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ədil Həsənov, MKS-nin direktoru Məhəbbət Əliyeva, direktor müavini Təranə Məmmədova və digər çıxış edənlər 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmasının dövlətçilik tariximiz üçün əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda məktəblilər Xalq Cümhuriyyətinə həsr edilmiş şeirlər söyləyiblər.