Mayın 6-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakıdakı Rusiya Mədəniyyət İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə sözügedən mərkəzdə “Qürbətdə qalmış məzar” sənədli filminin təqdimatı olub.
Sovet İttifaqı Qəhrəmanı, polkovnik Həbibulla Hüseynov haqqında film dövlət sifarişi ilə nazirliyin “Yaddaş” studiyasında çəkilib.
Filmin ssenari müəllifləri Cavid İmamverdiyev, Qasım Səfəroğlu, rejissoru Cavid İmamverdiyev, operatorları Zahid Bağırov, Samir Həsənov, Yusif Şəfiyev, icraçı prodüseri Abdulnəsir Kutiyevdir.