Sənədli filminin təqdimatı
   
   Sentyabrın 26-da “Nizami” Kino Mərkəzində "Azərbaycanfilm" kinostudiyası və "Obafilm" prodüser mərkəzinin birgə istehsalı olan "Su başında durmuşuq, çinarla mən" tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək. Film Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş insanların taleyindən bəhs edir. Ekran əsəri on il bundan əvvəl çəkilmiş "Sıfır saatının qatarı" sənədli filminin davamı kimi lentə alınıb. Sənədli kinohekayətin ssenari müəllifi və rejissoru iranlı kino ustası Babək Şirinsifət, montaj edənlər Mehdi Pərizad, Babək Şirinsifət, operatoru Aydın Şirinsifət, musiqi müəllifi Hamid Sabet, səs operatoru Qafur Şirinsifət, icraçı prodüseri Tərlan Babayev, prodüserləri Müşfiq Hətəmov və Babək Şirinsifətdir.