Mayın 11-12-də Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı, Qazaxıstandakı Türk Akademiyasının dəstəyi ilə “Özbək dilinin beynəlxalq türkologiyada rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
   Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, habelə Rusiyadan tanınmış alimlər, türkoloqlar qatılacaq. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də tədbirə dəstək göstərir.
   Tədbir çərçivəsində universitetdə Beynəlxalq türkologiya tədqiqatları mərkəzinin açılışı nəzərdə tutulub.