Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında olan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyasının növbəti nümayişi əsərin müəllifi - Xalq yazıçısı Elçinin 75 illik yubileyinə həsr olunub. Yazıçının məşhur hekayələri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
   
   Tamaşanın nümayişindən öncə teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edərək yubilyarın həyat və yaradıcılıq yolu barədə danışıb.
   Sonra səhnə əsəri təqdim olunub.
   Tamaşanın bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Rolları Xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova və başqaları oynayırlar.