Mayın 12-də Qazax Dövlət Rəsm Qalereyasında “Qazaxım mənim” adlı rəsm sərgisi keçirilib. “Qazaxım mənim” adlı rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Sərgidə qalereyanın və rayon Uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvlərinin rəsm əsərləri və əl işləri nümayiş etdirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri bölgənin mədəni həyatında önəmli hadisə adlandırıb, əsərləri sərgilənən gənc və yeniyetmələrə uğurlar diləyib.
Layihənin rəhbəri Akif Əmirov, Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Milena Nəbiyeva, rəssam Qafar Sarıvəlli, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, idarənin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək sərginin yüksək səviyyədə təşkil olunduğunu və iştirakçı gənclərin gələcəklərinə inandıqlarını vurğulayıblar.
Sonda əsərləri sərgilənən uşaqlara diplomlar təqdim edilib.
S.Qaliboğlu