Beynəlxalq muzeylər günü ərəfəsində növbəti sərgi-seminar 
   
   Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 18 may - Beynəlxalq muzeylər günü ərəfəsində 店ilas edilmiş mədəni sərvətlər" adlı növbəti sərgi-seminar təşkil edib.
   14-16 may tarixində Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən sərgi-seminarda Ağcabədi, Laçın, Ağdam rayonlarının muzey, qalereya və Heydər Əliyev mərkəzlərinin əməkdaşları iştirak edib. 
   Tədbir zamanı Elmi Bərpa Mərkəzinin fəaliyyətini, muzey əşyalarının bərpa proseslərini əks etdirən videoçarxlar, təqdimatlar nümayiş etdirilib. Ağcabədi Tarix-diyarşünaslıq muzeyinin, Azərbaycan Xalça Muzeyinin Şuşa filialının toplularından bərpa olunmuş əşyaların fotosərgisi təşkil olunub. 
   Mərkəzin əməkdaşları sərgi-seminar iştirakçılarının suallarını cavablandırıb, müzakirələr aparılıb. 
   Lalə