Oktyabrın 9-dan 11-dək Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq İdman Filmləri Festivalı keçiriləcək. 20-dək ölkənin iştirak edəcəyi festivalda 50-dən çox bədii və sənədli filmin nümayişi nəzərdə tutulur. Münsiflər heyətində dünya kinematoqrafiya və idman sahələrində böyük nüfuza malik simalar təmsil olunacaqlar.
   Filmlərin nümayişi “Nizami” Kino Mərkəzinin zallarında keçiriləcək. Ekran əsərləri ən yüksək mükafat - Qran-pri ilə yanaşı, “İdman və cəmiyyət”, “İdman və şəxsiyyət” müsabiqə nominasiyalarında da iştirak edəcəklər. Bundan əlavə, qaliblərə münsiflər heyəti tərəfindən “Xüsusi mükafat” da veriləcək.