Çinin Qinghai şəhərində “World Mountain Documentary Festival-2012” sənədli filmlər festivalı başa çatıb. 30-dan çox ölkədən komediya, sənədli, idman və uşaq filmlərinin nümayiş etdirildiyi festivalda Azərbaycan Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser Rodion İsmailovun “Köç” sənədli filmi ilə təmsil olunub. Ekran əsəri sənət yarışmasında “Jade Kunlun Award” xüsusi mükafatına layiq görülüb.
   2010-cu ildə “DS film” studiyasında istehsal olunan “Köç” Azərbaycanın qədim adət-ənənələrini özündə əks etdirir. Filmdə bütün ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların çətin və maraqlı taleyi işıqlandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar