Mayın 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı festivalın milli proqramı çərçivəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza" monotamaşası ilə Lənkəran teatrının səhnəsində çıxış edib. 
   Yerli teatrsevərlərin böyük marağına səbəb olan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
   Təkadamlıq psixoloji oyun dramı olan “Cəza" tamaşasında Əməkdar artist Kəmalə Hüseynova çıxış edib.
   Tamaşadan sonra Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidova festivalını diplomu təqdim olunub.