Kristof Valts məşhur rejissor Kventin Tarantinonun “Şərəfsiz əclafar” filmində nasisti oynayıb və Kann kinofestivalında «Ən yaxşı kişi rolu» nominasiyasında mükafat alıb.
«İlahi, gör neçə ildir kinodayam, nə qədər rol oynamışam. Mükafatı isə nasist roluna görə alıram. Ağlıma sığışdıra bilmirəm» - Kristof Valts filmdə oynadığı Hans Land roluna görə mükafat alarkən belə düşünürdü. Əlbəttə, uzun illərdən, onlarla roldan sonra parlamaq şaşırdıcıdır. Amma, doğrudan da, niyə ən yaxşı kişi rolu? Məgər o nasist yaxşı kişidir ki?
Valts kinematoqrafçı ailəsində dünyaya gəlib - valideynləri geyim üzrə rəssam, babası teatr aktyoru idi. Valts teatr məktəbində təhsil alıb. 70-ci illərdə əsasən detektiv seriallarda çəkilib. O bizə vaxtilə izlədiyimiz «Komissar Reks» filmindən tanışdır. Mütəxəssis və tamaşaçıların diqqət mərkəzinə isə o, 2009-cu ildə Tarantinonun “Şərəfsiz əclaflar” filmindəki rolu ilə düşdü. Bu rola görə Kann festivalındakı mükafatın ardınca «İkinci planda ən yaxşı kişi roluna görə” «Qızıl qlobus»a layiq görüldü, “Oskar”, Amerika Kinotənqidçilər Assosiasiyası, Amerika Kinoaktyorlar Gildiyasının mükafatlarını qazandı.
Mükafatlar yağış kimi yağdı, amma film buna rəğmən birmənalı qarşılanmadı. Onun II Dünya müharibəsi haqda alternativ kinoversiya kimi təqdim olunması çoxunda etiraz doğurdu. Elə Kristof da ssenarini oxuyub bəyənməmişdi: “Oxudum və dedim: “Zibildir!”. Amma bizim bu müharibəyə özünəməxsus münasibətimiz yoxdur. Şəxsən mən Tarantinonun bu filmdəki fantaziyalarını məsuliyyətsiz hesab eləmirəm, əksinə, məsuliyyətsiz o adamlardır ki, hər şeyin onların eşitdikləri, filmlərində göstərdikləri kimi olduğuna əmindirlər”.
Aktyora görə, onun yaratdığı nasist zabiti obrazının uğuru ondadır ki, o, bütöv bir personajdır, onun cürbəcür cizgiləri var, amma onların hamısı harmonik şəkildə birləşib: “Hans Land darıxdırıcı deyil, maraqlı, mozaik, postmodernist personaj deyil, əqli qabiliyyətləri yüksək olan canlı personajdır”.
Aktyor Tarantinonun «Xilas olunmuş Canqo» adlı yeni filminə də dəvət alıb. Onun Terri Hilliamın «Sıfır teoremi» filminə çəkiləcəyi haqda da məlumatlar yayılıb. Ssenariyə görə, qəhrəman həyatını dəyişdirəcək zəngi gözləyən biridir. Bu filmə çəkilib çəkilməyəcəyi hələ dəqiq deyil. Dəqiq olan odur ki, bu günlərdə Kristof Valtsa təbrik zəngləri gəlir. Oktyabrın 4-ü onun 56 yaşı tamam oldu.
Aliyə