Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana və digər qurumların təşkilati dəstəyi ilə may-iyun aylarında ölkəmizdə VIII Şairlər günü qeyd olunacaq.
Budəfəki tədbirlər Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan şairlərinin xatirəsinə həsr ediləcək.
Mayın 29-da Tbilisidə Zəlimxan Yaqub və Alıkul Osmanovun, mayın 30-da Şamaxıda Fikrət Sadıq və Rauf Parfinin (Sabir poeziya günləri çərçivəsində), mayın 31-də Gəncədə Nigar Rəfibəyli və Nigar Binti Osmanın, iyunun 1-də Şəmkirdə Əhməd Cavad və Mehmet Akif Ersoyun, iyunun 2-də Tovuzda Mikayıl Azaflı və Cambul Cabayevin, iyunun 4-də Sumqayıtda Əli Kərim, Qabil və Abdurrahman Karakoçun, 5-6 iyunda Bakıda Mikayıl Müşfiqin, iyunun 7-də Beyləqanda Mücirəddin Beyləqani və Abdulhamid Süleyman Çolpanın, iyunun 8-də Şabranda Xaqani Şirvaninin (Xaqani poeziya günləri çərçivəsində) xatirəsinə həsr edilmiş tədbirlər keçiriləcək.