Mayın 25-də Milli İncəsənət Muzeyində "İrs. Azərbaycan Xalq Cümhuriyyəti - 100" adlı sərgi açılacaq.
   "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində təşkil olunan sərgidə Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından və rəssamların şəxsi kolleksiyalarından seçilmiş əsərlərin, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədlərinin, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əskinasların və poçt markalarının nümayişi nəzərdə tutulur.